66a5172686b9f202407244958

Daşkəsəndə gəlin qayınanasını niyə baltaladı? - TƏFƏRRÜAT

Daşkəsəndə qadının gəlini tərəfindən baltalanmasının bəzi təfərruatları məlum olub.

Qlobal.net apa-ya istinadla xəbər verir ki, xəsarət alan 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanov hadisəni törədən Səidəni həyat yoldaşı kimi evə gətirəndən sonra gəlinlə qayınana arasında prpblemlər bağlayıb. Bundan sonrada qayınana ilə gəlin arasında mübahisə baş verib.

Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb. 

Zərərçəkən 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl 2 arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var.

Faktla bağlı Daşkəsən rayon polis şöbəsində müvafiq araşdırmalara başlanıb.

***

Daşkəsəndə qadın baltalanıb. 

Sfera.az-ın məlumatına görə, hadisə rayonun ucqar kəndlərinin birində qeydə alınıb. 

Belə ki, 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir. 

Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlinin qaçdığı bildirilir. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

*** 

Polisdən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

27.07.2024 19:49
show 542