Şou-biznes
Gücə düşməkdənsə, fonoqram oxuyun – Kərim Xalq artistlərinin canlı ifasına lağ etdi

Müğənni Kərim Abasov sosial media hesabında verilişlərindən birində sənətkarların canlı ifasını paylaşaraq onları tənqid edib.
Qlobal.net xəbər veri ki, görüntülərdə Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramov yer alıb. Onlar “Sənsiz yaşaya bilmirəm” mahnısını canlı ifa ediblər.
Kərim paylaşımına “Nə vacibdir axı? Özlərindən və sənətlərindən müştəbeh olan Xalq artistlərimiz, danışanda ağzınıza çullu dovşan yerləmşir. Bütün gün gəncləri canlı oxumaqda qınayanlar” deyə yazıb. O, Nazpəri Dostəliyevanın adının qarşısına isə ürək emojisi qoyub.