photo_31199064
Damla səhnəyə elə bir geyimdə çıxdı ki... - VİDEO

"Damla" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova geyimi ilə yenə də gündəmi alt-üst edib.

Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, məkanların birində canlı konsert proqramı ilə çıxış edən sənətçinin üzərinə bir qolu uzun, digəri isə qısa olan "top", alt hissəsinə isə qısa şort, onun üzərindən isə iç yanları açıq şalvar geyinən sənətçinin qalmaqallı obrazı müzakirələrə səbəb olub.

Repertuarında yer alan hitlərini arda-arda düzən Damlanın bu imici sosial şəbəkəyə yayıldıqdan sonra izləyiciləri qəzəbləndirib.

Müğənninin geyiminin uyğunsuz və zövqsüz olduğunu yazan sosial şəbəkə əhli Damlanı yazdıqları şərhləri ilə "yıxıb-sürüyüb". Qeyd edək ki, Damlanın Naxçıvanda "Saat Meydanı"nda verdiyi konsert zamanı geyindiyi mirvarilərlə bəzədilmiş "büstqalteri" ön plana çıxan qalmaqallı geyimi tənqid olunmuşdu.a

29.08.2022 12:14
show 431