Müğənni Damla növbəti dəfə paylaşımına görə gülüş hədəfinə çevrilib.
Qlobal.net xəbər verir ki, o, çuval geyinib kamera qarşısına keçib.
Foto keyfiyyətli olsa da, paylaşıma gələn şərhlər keyfiyyətsiz işlərinə görə müğənnini lağa qoyulub desək, yanılmarıq.
Belə ki, paylaşıma izləyicilər tərəfindən "Gözələ çuval belə yaraşar, amma bu məsələ sənlik deyil", "Səni niyə kloun gününə qoyublar", "Damla xanım niyə belə özünə zülm edir? Gah Yeni il hədiyyəsi kimi çuval içində, ağzında ip, büzülmüş, ölü, əli-qolu bağlanmış dəli formasında şəkil çəkdirir. Məgər sakit, sadə şəkildə oxusa, olmaz? Bu qədər əziyyət nəyə görədir?", "Bismillah, asılmağa aparılan qarıya oxşayır" və s. kimi şərhlər yazılıb.
Qeyd edək ki, Damlanın layihələrinin plagiat olduğu deyilirdi. Lakin ifaçının meneceri Lent.az-a açıqlamasında bunu təkzib etmişdi. (lent.az)