67a3a267d7d51202502253951

Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın plastik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.

Lent.az lisenziyası ləğv edilən daha iki plastik cərrahın kimliyini öyrənib. 

Onlar Bəhicə Kərimova və Rəna Quliyevadır. 

Bundan əvvəl Sevinc Heydərovanın da cərrahlıq sertifikasiya şəhadətnaməsi ləğv edilib.

Qeyd edək ki, "qafqazinfo" “Milan VİP” hospitalın həkimi Könül Ağamirova ilə “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyevanın da lisenziyalarının ləğv olunmasına dair məlumat yayıb.

Bununla da lisenziyası ləğv olunmasına dair haqqında xəbər yayılan plastik cərrahların sayı 5-ə çatıb. 

05.02.2025 21:39
show 60