Daha bir uşaq qızılcadan vəfat etdi

Sabirabad rayonunda 1 yaşlı uşaq vəfat edib. 

Qlobal.net xəbər verir ki, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan 2022-ci il təvəllüdlü uşağın artıq vəfat etməsi məlum olub. 

Körpə xəstəxanaya yüksək temperaturla çatdırılıb. Onun qızılcadan dünyasını dəyişdiyi bildirilir.  

Hadisə ilə bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq. 

Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib. 

Dövlət qurumları qızılca peyvəndi olmayan şəxslərin bu xəstəliyi ağır keçirdiyini və peyvəndləmənin mütləq olduğunu bildirirlər. (AzEdu.az)

Related Articles

Bir cavab yazın

Back to top button