65125f16e236c202309233326
Daha bir məmurun BİABIRÇI ƏMƏLİ ifşa olundu – Qıza yazdığı mesajlar: “Səni dağa qaldıracam…”

Türkiyənin Diyarbəkir Təhsil İdarəsinin müdiri M.Y. (51) 24 yaşlı gənc qadın işçisi C.K.-nı (24) gizli nömrədən göndərdiyi SMS-lərlə təhdid edib. 

Müdirin qıza “Səni dağa qaldıracağam. Aparım dağda …” kimi ifadələrlə əxlaqsız təkliflər etdiyi məlum olub.
Təhsil idarəsi rəisi barədə 3 ilə qədər azadlıqdan məhrum edilməsi iddiası ilə proses başlanıb.

MESAJLARI POLİS ORTAYA ÇIXARDI

C.K. 2016-cı ilin 6 avqust gecəsi polis bölməsinə gedərək gizli nömrədən bir kişinin ona intim xarakterli mesajlar yazdığı barədə məlumat verib. Şübhəlinin tapılması üçün hərəkətə keçən prokurorluq C.K.-ni 2 fərqli nömrədən narahat edən kişinin Diyarbəkir Təhsil İdarəsinin müdiri M.Y. olduğunu üzə çıxarıb.

İfadəsi alınan C.K. əvvəl iş yerində M.Y.-nin ona fiziki olaraq da təcavüz etdiyini, lakin sübut edə bilmədiyi üçün şikayət etmədiyini deyib. 

26.09.2023 08:31
show 980