21.01.2021
17:05
0

Daha bir hərbçimiz ŞƏHİD OLDU

Loading...



Vətən müharibəsi zamanı yaralanan daha bir hərbi qulluqçumuz şəhid olub.

Qlobal.net Axar.az-a istinadən xəbər verir ki, Füzuli rayonu İkinci Mahmudlu kəndində anadan olan 22 yaşlı çavuş Elşən Qulu oğlu Quluzadə 11 oktyabr 2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə başından güllə yarası almışdı.

27 gün komada qaldıqdan sonra ayılan Elşəni edilən bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb və o, bu gün şəhid olub.

Allah rəhmət eləsin!

Loading...