Türkiyənin İstanbul şəhərinin Büyükçekmece bölgəsində Bahadır Aladağ adlı şəxs ata və anasını, baldızını, həmçinin yaxın dostunu qətlə yetirib.
Qlobal.net Metbuat.az-a istinadən xəbər verir ki, cinayətkar əvvəlcə valideynlərini evdə, daha sonra Əsənyurdda baldızını və Avcılarda bərbər dostunu öldürüb. Həmçinin Aladağ iki nəfərə ağır xəsarət yetirib.
O, törətdiyi dəhşətli hadisədən sonra şəxsi avtomobilində öz canına qıyıb.
Faktla bağlı araşdırma aparılır.