Dərslər pulla satılır, direktor isə onlayn məktəbi idarə edir.
Qlobal.net xəbər verir ki, paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri belə bir iddia ilə çıxış ediblər.
Məktəbin müəllim kollektivi ilə direktor Sevda Sarıyeva arasında yaşanan problemlər illərdir ki, bitmir.
Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta təhdid də edilir.
Müəllimlərin iddialarına görə direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.
Müəllimlər üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qrumlarına müraciət ediblər. Səslənən iddiaları aydınlaşdırmaq üçün bizdə üz tutduq sözügedən məktəbə.
Mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: