65fe74f35dd82202403242139
Daha bir azərbaycanlı müğənni “Crocus City Hall”da olub

Müğənni Ayaz Babayev də terror aktı törədilən “Crocus City Hall”da olub. 

Bu barədə o, “Instagram” hesabında məlumat yayıb. 

Müğənni hazırda yaxşı olduğunu bildirib: “Hamı narahatdır. Çox şükür bizdə salamatlıqdı. Həqiqətən pis hadisə idi. Panikanı izah edə bilmərəm. Hamımızı çölə çıxardılar. Bizim maşınımız orada qalmışdı. Yenidən ora qayıtmalı olduq. Hamıya bir-bir yaza bilmirəm. Həyatımın şokunu yaşadım”.  

Bundan əlavə, Ayaz Xalq artisti Röya Ayxanla hadisədən bir qədər əvvəl çəkilən fotosunu paylaşıb və “Çox şükür hər saniyəmizə. Böyük keçmiş olsun”, - deyə bildirib.

23.03.2024 10:19
1027