Daha bir azərbaycanlı dünyanın ən varlı adamları siyahısında
"Forbes” jurnalı Rusiyadan olan altı nəfəri dünya milyarderləri reytinqinə daxil edib.
Yeni milyarderlər arasında əslən Qusardan olan azərbaycanlı Seyfəddin Rüstəmov da var.
O, "Metafraks” şirkətinin prezidentidir. Şirkət Rusiyada və
Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.
Məlumata görə, Seyfəddin Rüstəmov hazırda Rusiyada 90-cı, dünya üzrə isə 2133-cü yerdədir. Onun sərvəti 1,3 milyard dollardır.
Seyfəddin Rüstəmov haqqında qısa məlumat: O, 17 iyun 1962-ci ildə
Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu
bitirib. İxtisaca iqtisadçıdır. Seyfəddin Rüstəmov hərbi xidməti başa
vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır.
Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov
2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına,
kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa
başlayıb. Rus mətbuatının verdiyi məlumatlara görə, xeyriyyəçilik
fəaliyyəti ilə məşğul olur.
Hazırda "Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı
olan "MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır. 2014-cü ildə
"Metafraks”ın faktiki sahibi olub. Həmçinin "MetaHoldinq”in də Rusiyanın
"Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi
altındadır.
"Metrafaks” 2017-ci ildə Rusiyanın Perm və Moskva vilayətlərində,
habelə Avstriyanın Krems şəhərində istehsalat güclərinə malik olan
hərtərəfli şirkətlər qrupuna çevrilib. O, Rusiyada və Avropada ən iri
metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.
"Metrafaks”ın illik hasilatı 40 milyard rubldan (700 milyon dollara
yaxın) çoxdur. Şirkətlər qrupunun illik investisiya həcmi 5 milyard
rubla yaxındır. Şirkətin zavodları metanol, formalin, pentaeritrit,
urotropin, sintetik qatran və digər adda kimya sənayesi məhsulları
istehsal edir. Məhsullarını dünyanın 50-dən çox ölkəsinə satır. Büdcəyə
ildə 2 milyard rubldan çox vergi ödəyir. (Musavat.com)