679c7b2908860202501252633

Daha bir AİLƏ QƏTLİAMI: 17 yaşlı oğul 4 nəfəri öldürdü - FOTO

EyüpSultanın Akşemsettin məhəlləsində dəhşətli qətl hadisəsi baş verib.  Eyni ailədən dörd nəfər silahla güllələnərək qətlə yetirilib.

Qlobal.net türk mediasına istinadla xəbər verir ki, məlumata görə, B.Y. adlı şübhəli ailə üzvləri anası Aysun Yenigün (32), atası Mehmet Yenigün (43), bacısı Zilan Yenigün (12) və nənəsi Fatma İncəni (71) evdə silahla vuraraq qətlə yetirib. Daha sonra hadisə yerindən uzaqlaşaraq izini itirməyə çalışb.

Hadisə axşam saat 22:45 radələrində Derin küçəsindəki dubleks binanın üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə gələn həkim qrupları dörd nəfərin həyatını itirdiyini bildirib. Polis araşdırmalara başlayıb.

Araşdırmalarda B.Y.-nin Bursaya qaçdığı məlum olub və o, orada polis tərəfindən saxlanılıb. İstanbul polis idarəsinə gətirilən B.Y.-nin ilk ifadəsində cinayəti tərəfindən törədildiyini etiraf etdiyi bildirilib.

İstintaq davam edir.

(milli.az)

31.01.2025 11:30
show 643