63e219d560ed8202302232853
Dağıntılar altında uşaq dünyaya gətirdi: İNANILMAZ ANLAR - VİDEO

Suriyanın Hələb şəhərində hamilə qadın dağıntılar altında uşaq dünyaya gətirib. Xilasetmə qrupları körpənin sağlam olduğunu, ananın isə dünyasını dəyişdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Episentri Kahramanmaraş olan zəlzələdən zərər çəkən Suriyada axtarış-xilasetmə işləri davam edir. Hələb şəhərində davam edən xilasetmə işləri zamanı dağıntılar altında qalan hamilə qadının uşaq dünyaya gətirdiyi bildirilib. Xilasetmə qrupları tərəfindən xilas edilən körpənin sağlam olduğu, dağıntılar altından çıxarılan qadının isə həyatını itirdiyi bildirilib.

07.02.2023 13:28
show 5750