D vitamini çoxluğu: Bu simptomlara diqqət edin
D vitamini sümük sağlamlığı və immun sistemi üçün çox vacibdir, lakin həddindən artıq qəbul toksiklik yarada bilər və hiperkalsemiya, eləcə də böyrək zədələnməsi kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Qlobal.net bildirir ki, böyüklər üçün tövsiyə olunan günlük qəbul miqdarı 600-800 IU-dur və həkim təyin etmədiyi təqdirdə 4.000 IU-dan çox olmamalıdır.
D vitamini sümük sağlamlığı, immun sistemi və ümumi rifah üçün əsas qida maddəsidir. Bir çox insan D vitamini çatışmazlığından əziyyət çəksə də, həddindən artıq qəbul ciddi risklər yaradır. D vitamini yağda həll olunan bir vitamindir və orqanizmin güclü sümüklər və dişlər üçün vacib olan kalsium və fosforu mənimsəməsinə kömək edir.
Orqanizm D vitaminini beş əsas mənbədən əldə edə bilər: günəş işığı; yağlı balıq, yumurta sarısı, zənginləşdirilmiş süd məhsulları və taxıllar.
20 ng/mL-dən aşağı D vitamini çatışmazlığı sayılır və sümük zəifliyi kimi problemlərə səbəb ola bilər. Optimal səviyyə 20-50 ng/mL-dir və ümumi sağlamlıq üçün yetərlidir. 50-80 ng/mL yüksək, amma təhlükəsiz hesab edilir. 100 ng/mL-dən yuxarı isə toksik sayılır və hiperkalsemiya, böyrək zədələnməsi kimi ciddi risklər yaradır.
1. Həddən Artıq Kalsium:
Artıq D vitamini qəbulunun ən ciddi risklərindən biri qanda kalsium səviyyəsinin təhlükəli dərəcədə yüksəlməsi – hiperkalsemiyadır. Əlamətləri arasında ürəkbulanma və qusma, halsızlıq və yorğunluq, tez-tez sidiyə çıxma və susuzluq, yaddaş qarışıqlığı və diqqət çətinliyi, əzələ ağrısı və sümük narahatlığı var.
2. Böyrəklərə Zərər Verə bilər:
Qanda həddindən artıq kalsium böyrəkləri yükləyə bilər və böyrək daşı və ya nefrokalsinoz (böyrəklərdə kalsium yığılması) kimi problemlərə səbəb ola bilər. Bu, güclü yan ağrısı, sidikdə qan, tez-tez sidik yolu infeksiyaları, böyrək funksiyasının azalması və hətta böyrək çatışmazlığına yol aça bilər.
3. Ürək Xəstəlikləri və İflic Riski:
Qanda həddindən artıq kalsium atardamarlarda yığılıb yüksək qan təzyiqi, ürək xəstəlikləri və iflic riskini artıran damar kalsifikasiyasına (damarların sərtləşməsi) səbəb ola bilər. Xüsusilə yaşlılar və ürək xəstəliyi olanlar D vitamini əlavələrinə qarşı ehtiyatlı olmalıdır.
4. Ruh Halını Təsirləyə bilər:
Şiddətli D vitamini toksisitesi yaddaş qarışıqlığı, diqqət çətinliyi, depressiya və narahatlıq, əhval dəyişikliyi və yuxusuzluq kimi zehni və bilişsel problemlərə səbəb ola bilər. Bu simptomlar, toksiklik həll edilmədikdə zamanla pisləşə bilər.
Yuxarıda qeyd olunan simptomlardan hər hansı birini hiss edirsinizsə, D vitamini əlavələrini qəbul etməyi dayandırın və həkimə müraciət edin.
Yüksək dozada əlavələrdən istifadə etmək yerinə, təbii D vitamini mənbələrini nəzərdən keçirin:
• Orta səviyyədə günəşə məruz qalın: Gündə 10-30 dəqiqə (dəri tipinə və yerə görə).
• D vitamini baxımından zəngin qidalar yeyin: Yağlı balıq, yumurta sarısı, zənginləşdirilmiş süd məhsulları və göbələk.
Səbinə
Qlobal.net