Cübbəli Əhməd - "Ərinizi yataqda razı salın, cənnəti qazanın" - VİDEO
Cübbəli Əhməd Hoca adı ilə məhşurlaşan Əhməd Mahmud Ünlü evlilikdə ən önəmli məsələnin yataq olduğunu vurğulayıb.Cübbəli Əhməd Hoca qadınların
yataqda ərlərini razı salmağının vacibliyini vurğulayıb. Onun sözlərinə
görə bu yolla qadınlar axirətdə rahatlıq tapacaq və cənnətə asan yolla
daxil ola biləcəklər.
Cübbəli Əhməd həmçinin əlavə edib
ki, yataq məsələsinə əməl edən ailələr söz-söhbətdən də uzaq olarlar.
"Yataqda ərini razı salsan, o digər məsələləri - yeməyin duzsuz olmasını
və s. problem etməyəcək. Zinaya gedən yol çox qısadır. Hər tərəf
çılpaq qadınlarla doludur, ona görə də "xəstəyəm, ürəyim istəmir" kimi
ifadələrdən uzaq durun" deyə çıxışını yekunlaşdırıb.
Milli.az