65fe9465b29af202403243549
"Crocus"da olan Anardan AÇIQLAMA: “Yarım saat əvvəl…” - VİDEO

Stilist və vizajist Anar Ağakişiyev də ötən axşam Moskvada terror hadisəsi törədilən "Crocus City Hall" konsert mərkəzində olub.

Qlobal.net bizim media-ya istinadla xəbər verir ki, bu haqda Anar özü məlumat yayıb.

Ağakişiyev sosial şəbəkə hesabında İstanbul Hava Limanından paylaşdığı videoaçıqlamasında bildirib ki, dəhşətli olaydan yarım saat əvvəl məkanı tərk edib: "Çoxunuz mənə görə narahatsınız. Mən də orada idim. Amma hadisədən yarım saat əvvəl oradan ayrılıb, hava limanına getdim".


23.03.2024 12:35
2786