Stilist və vizajist Anar Ağakişiyev də ötən axşam Moskvada terror hadisəsi törədilən "Crocus City Hall" konsert mərkəzində olub.
Qlobal.net bizim media-ya istinadla xəbər verir ki, bu haqda Anar özü məlumat yayıb.
Ağakişiyev sosial şəbəkə hesabında İstanbul Hava Limanından paylaşdığı videoaçıqlamasında bildirib ki, dəhşətli olaydan yarım saat əvvəl məkanı tərk edib: "Çoxunuz mənə görə narahatsınız. Mən də orada idim. Amma hadisədən yarım saat əvvəl oradan ayrılıb, hava limanına getdim".