“Crocus City Hall”da DƏHŞƏT: Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını qucaqlayıb ölüblər
“Krokus Siti Hall” tualetində 28 ölü, evakuasiya pilləkənlərindən birində daha 14 nəfərin cəsədi tapılıb.
Bu barədə “Baza” “Telegram” kanalı yazıb.
Mənbələrin məlumatına görə, bəzi ailələrin cəsədi birlikdə aşkarlanıb. “Bəziləri qucaqlaşaraq ölüb. Çoxlu anaların cəsədləri övladlarını qucaqladığı vəziyyətdə tapılıb”, deyə “Baza” yazıb.
Bundan əvvəl mənbələr bildiriblər ki, atışma zamanı konsert iştirakçılarından bəziləri tualetdə gizlənib, 112-yə zəng edərək kömək istəyiblər. Onlar otaqda qapalı qalıb və tüstü ora nüfuz etməyə başlayıb.