qarpız
Çoxumuzun əziyyət çəkdiyi xəstəliyin çarəsi qarpız tumu imiş

İsti yay axşamlarında yuxusuzluqdan çoxumuz əziyyət çəkirik. Hətta aramızda doyunca yuxu yatmağa sözün həqiqi mənasında həsrət qalanlarımız var. 

Həkimlər doyunca yuxuya həsrət qalanların köməyinə təbii qidaların yetişə biləcəyini bildirir. Və normal yuxu üçün albalı, qarpız çəyirdəyi, süd, yumurta, fındıq və banan kimi qidaların qəbul edilməsini təklif edirlər. 

İş həyatı, stress, isti hava, depressiya, ya da yuxuya getməyi asanlaşdıran bəzi hormonların orqanizm tərəfindən kifayət qədər istehsal edilməməsi kimi səbəblər üzündən bir çox insanın yuxu pozğunluğu yaşadığını deyən professorlar triptofanla zəngin bu qidaların nizamlı olaraq yeyilməsinin lazım olduğunu bildirirlər. (Moderator.az)

16.06.2024 22:13
show 2626