22.06.2022
08:00
180

Çox yaşamağın SİRRİ - Hər axşam...

Loading...

Ağır şam yeməyindən imtina etsəniz və ümumi kalori qəbulunu azaltsanız, uzun yaşamaq ehtimalınız artır.

Qlobal.net Publika.az-a istinadla xəbər verir ki, alimlərin bu barədə araşdırma nəticələri “Science” jurnalında dərc olunub. Məqalədə deyildiyi kimi, 35% daha çox yaşamaq şansı əldə etmək üçün yemək cədvəlinizi yenidən nəzərdən keçirməlisiniz. Səhər yeməyi və naharı bol etmək, axşam yeməyini daha kiçik porsiya və vaxtından əvvəl yemək lazımdır. Tədqiqatçılar hesab edirlər ki, bu, orqanizmin iltihabi proseslərə qarşı mübarizə qabiliyyətini artıracaq.

Məqalədə deyilir: “Kalorinin məhdudlaşdırılması ömrü uzadır, lakin bunun baş vermə mexanizmləri hələ də yaxşı başa düşülməyib”.

Alimlərin qənaətinə görə, bu təsirlər bədən çəkisindən asılı deyil.

Loading...