28.09.2021
12:00
128

COVİD pasportu olmayan sərnişinlərə bilet satılmayacaq - RƏSMİ

Loading...

Oktyabrın 1-dən avtovağzallardan rayonlara və Bakıya səyahət edən sərnişinlərdən COVİD pasportu tələb ediləcək.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, bununla bağlı bütün avtovağzallara tapşırıq verilib: "Bununla bağlı avtovağzallara tapşırıq verilib. Bilet satışı zamanı bilet alan sərnişindən COVİD pasportu tələb olunacaq. Pasportu olmayan sərnişinə bilet satılmayacaq".

N.Allahyarova bildirib ki avtovağzallarda və avtobuslarda olan sərnişinlərin COVİD pasportunun olub-olmamasını yoxlamaq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətində deyil: "Bunun üçün əlaqədar qurumlar var, nəzarəti onlar həyata keçirəcək. Biz tapşırıq vermişik ki, rayonlara səyahət edən COVİD pasportu olmayan sərnişinlərə bilet satılmasına. Əgər əlaqədar qurumların yoxlaması zamanı COVİD pasportu olmayan sərnişin aşkarlanarsa, bu barədə tərəfimizdən müvafiq tədbir görüləcək".

Loading...