Çörək qırıntılarını yeyəndə bunlar baş verir
İslam dinində israf haram buyurulmuş və hər nemətə hörmət etmək tövsiyə edilmişdir.
Qlobal.net bildirir ki, çörək insanın gündəlik ruzisi və həyatını davam etdirmək üçün vacib bir nemət sayılır. Çörək qırıntılarının yerə düşüb israf olunmasının qarşısını almaq və onları yemək, həm nemətə hörmətin ifadəsidir, həm də Allahın verdiyi ruzinin qədrini bilməkdir.
Hz. İbrahimin çox malı var idi.
O, Allah Təalaya dua edərək dedi:
“Ey Rəbbim, bu qədər malın şükrünü yerinə yetirə bilmirəm, xahiş edirəm, bir azını al”.
Allah Təala ona belə vəhy etdi: “Onda çörəyi ayaq üstə ye, ey İbrahim”. Hz. İbrahim çörəyi ayaq üstə yeməyə başladı. Lakin çörək qırıntılarının yerə düşməməsi üçün boynuna bir dəsmal bağladı və beləliklə, qırıntılar dəsmala töküldü. Daha sonra o qırıntıları da yedi. Hz. İbrahim bu cür etməyə başladıqdan sonra malı daha da çoxaldı. Yenə də Allah Təalaya dua etdi. Bunun üzərinə Rəbbimiz buyurdu: “Sən çörək qırıntısına hörmət etdiyin müddətcə, Mən sənin malını azaltmaram, ey İbrahim!”
Fatimə
Qlobal.net