Site icon Qlobal

Çörək bu tarixdən BAHALAŞA BİLƏR

“Azərbaycanda çörəyin qiymətinə təsir edən əsas amil təbii ki, buğdadır”.

Bunu News24,az-a açıqlamasında iqtisadtçı-ekspert Natiq Cəfərli deyib.

1720780333 na
Ekspert təsir edən amil olaraq buğdadan hazırlanan un və onun qiymətinin də olduğunu bildirib:

“Hələlik, buğda qiymətlərində ciddi bir bahalaşma yoxdur. Əksinə, dünya bazarında müəyyən ucuzlaşma da var. Ancaq Azərbaycanın daxilində qiymətə təsir edən spesifik məsələlər də var. Bu, əsasən, dizel yanacağının qiymətidir. Azərbaycanda son bir ayda dizel yanacğının qiyməti 20 % yüksəlib. Dizel yanacağının qiymətinin artması payızlıq buğdanın maya dəyərini yüksəldə bilər. Əgər, payızlıq buğdanın maya dəyəri bahalaşarsa, çörəyin qiyməti də bahalaşa bilər. Bu, prosesin yaxın zamanlarda deyil də, payız aylarında qışa yaxın baş vermə ehtimalı yüksəkdir”.

Məsələ ilə bağlı News24.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov yaxın aylarda çörəyin qiymətində bahalaşmanın olmaycağını deyib:

1297aafa c2e2 36fd 862d 9e3b247c0186“Hazırda dünya bazarlarında buğdanın qiyməti, eyni zamanda da Azərbaycanın taxıl idxalı ilə bağlı strateji yanaşması imkan verir ki, yaxın aylarda çörəyin qiymətində hər hansısa bahalaşma olmasın”.

Exit mobile version