Dünyanın ən nəhəng siyasətçilərindən biri olan Uinston Çörçill həm də hazırcavablığı və güclü yumor hissinə malik olmağı ilə tanınıb.
Qlobal.net bildirir ki, tanınmış siyasətçilər və britaniyalılar Çörçillin hədsiz dərəcədə siqar və viski həvəskarı olduğunu yaxşı biliblər. Çoxları bunu normal hal kimi qəbul edib, bəziləri isə bu zərərli vərdişləri ona yaraşdırmayıblar, hətta bununla bağlı iradlarını da gizlətməyiblər. Parlament üzvləri ilə görüşlərin birində parlamentin xanım üzvü Bessi Bredok Çörçillin içkili vəziyyətdə olduğuna sərt reaksiya verib:
- Siz sərxoşsunuz, bu vəziyyətdə görüş keçirmək yolverilməzdir.
Çörçill təmkinini pozmadan xanım siyasətçini “sakitləşdirib”:
- Mən sizinlə razıyam, sərxoşam, görüşü davam etdirməyə həvəsim də yoxdur. Amma bu, tezliklə keçəcək, mən ayılacam, sabah ayıq başla işimi davam etdirəcəm. Ancaq siz o qədər eybəcərsiniz ki, nəinki sabah, ömrünüzün sonuna kimi düzəlməyəcəksiniz.
Fidan
Qlobal.net