6714deb0e34c8202410244256
COP29 vaxtı məktəblər neçə günlük bağlanacaq? - CAVAB

COP29 Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində keçirilən 29-cu İqlim Dəyişikliyi Konfransıdır. 

Qlobal.net xəbər verir ki, COP "Conference of the Parties" ifadəsinin qısaltmasıdır və tərəflər konfransı mənasını verir. Bu konfrans noyabrın 11-dən 22-dək paytaxt Bakıda baş tutacaq.
Hər kəsi maraqlandıran suallardan biri də odur ki, həmin tarixlərdə məktəblərin fəaliyyəti necə olacaq?

Bununla bağlı açıqlanan məlumatda bildirilib ki, bütün ölkə boyu məktəblərdə noyabrın 12-dən 22-ə qədər payız tətili elan olunacaq.


20.10.2024 14:43
show 176