Cökə xüsusilə qış aylarında təbii müalicə vasitəsi kimi geniş istifadə olunur. Üst tənəffüs yolları infeksiyaları, zökəm, qrip və soyuqdəymə kimi hallarda əlamətləri yüngülləşdirmək üçün faydalıdır.
Qlobal.net bildirir ki, bundan əlavə, ürək-damar sistemi, sinir sistemi və dəri sağlamlığı baxımından da çoxsaylı faydalar təqdim edir.
Vitaminlər: A, B6, C və P (flavonoidlər) vitaminləri
Minerallar: Manqan və kalsium
Antioksidantlar: Flavonoidlər və efir yağları
A vitamini immun sistemini gücləndirir və göz sağlamlığını qoruyur.
B6 vitamini enerji metabolizmasını tənzimləyir və sinir sistemini dəstəkləyir.
C vitamini güclü antioksidant kimi immuniteti artırır, kollagen istehsalını təşviq edir, dərinin elastikliyini yaxşılaşdırır.
P vitamini (flavonoidlər) damar sağlamlığını dəstəkləyir və qan dövranını yaxşılaşdırır.
Manqan sümüklərin möhkəmlənməsi və enerji metabolizmasında vacib rol oynayır.
Kalsium sümüklərin və dişlərin güclənməsini təmin edir, əzələ və sinir funksiyalarını dəstəkləyir.
Flavonoidlər və efir yağları iltihab əleyhinə təsir göstərir, hüceyrələri qoruyur, sinir sisteminə sakitləşdirici təsir edir.
Cökə tərkibindəki flavonoidlər və efir yağları sayəsində tənəffüs yollarını sakitləşdirir, burun tıxanıqlığını və boğaz ağrısını azaldır. Tərləməyi təşviq edərək bədən temperaturunu aşağı salır və sağalma prosesini sürətləndirir. Eyni zamanda immuniteti gücləndirir.
Təbii sakitləşdirici təsiri ilə stres və narahatlıq hallarında faydalıdır. Sinir sistemini sakitləşdirərək yuxusuzluq və gərginlik kimi problemləri yüngülləşdirir.
Cökə spazm əleyhinə xüsusiyyətləri ilə mədə sancısı, qaz və şişkinlik kimi problemləri azaldır. Mədə turşusunu tənzimləyir, bağırsaq fəaliyyətini yaxşılaşdıraraq qəbizliyin qarşısını alır.
Flavonoidlər qan dövranını yaxşılaşdırır, damar sərtliyinin qarşısını alır, qan təzyiqini tənzimləyir. Beləliklə, infarkt və damar tıxanıqlığı riskini azaldır.
Romatizm, migren və əzələ ağrılarında iltihab əleyhinə təsiri ilə rahatlıq təmin edir. Eyni zamanda əzələ spazmı və aybaşı ağrılarında da təsirlidir.
Yuxuya getməyi asanlaşdırır, sinir sistemini sakitləşdirərək dərin və rahat yuxu təmin edir. Xüsusilə yatmazdan əvvəl içilən bir fincan cökə çayı faydalıdır.
Sidikqovucu təsiri sayəsində orqanizmdəki artıq mayeni və toksinləri atmağa kömək edir. Sidik yolu infeksiyalarına qarşı qoruyucu təsir göstərir, ödemi azaldır.
Cökə dəriyə nəmləndirici və sakitləşdirici təsir göstərir. Egzema, akne və dəri qıcıqlanmalarında istifadə oluna bilər. Tərkibindəki antioksidantlar sayəsində dərinin elastikliyini artırır, yaşlanma əlamətlərini gecikdirir. Müntəzəm istifadəsi dərinin parlaqlığını və sağlam görünüşünü qorumağa kömək edir.
Fidan
Qlobal.net