Türkiyənin İstanbul şəhərində qəribə hadisə yaşanıb.
Qlobal.net Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tahtakele ərazisində naməlum bir şəxs çiynində pul dolu kisə ilə görüntülənib.
Kisə şəffaf olduğundan içindəki pulun miqdarı da təxmin edilib.
Qeyd edilib ki, həmin şəxs 50-100 min dollar aralığında pulu dəyişdirərək onu türk lirəsinə çevirib.
Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq səs-küyə səbəb olub. Şəkilə minlərlə şərh yazılıb. Bəzi sosial media istifadəçiləri lirənin günbəgün dəyər istirməsinə diqqət çəkib.
Digər istifadəçiləri isə Türkiyəni hazırda iqtisadi böhran yaşayan Venesuela ilə müqayisə edib.
BAKU.WS