Afrodizyak təsiri olan və cinsi gücü artıran qidaların siyahısı ilə sizi tanış edirik.
Çuğundur yarpağı
Çuğundur yarpağının afrodizyak təsiri əsrlərdir məlumdur. Tünd yaşıl
yarpaqlı bu bitkinin tərkibində olan mineral və antioksidantlar
ətrafdakı çirkli maddələrin libidoya mənfi təsirə mane olur.
Zeytun yağı
Antioksidantla zəngin zeytun və zeytun yağı əsrlərdir sağlamlıq üçün
istifadə edilir. Yunanlar onun kişiləri gücləndirdiyini düşünürlər.
Zeytun yağı mono doymamış və poli doymamış yağ qaynağıdır. Bu yağlar
ürək sağlamlığını, qan dövranını yaxşılaşdırır və hormon istehsalını
dəstəkləyir. Ümumi olaraq sağlamlığa yaxşı təsir edən qidalar cinsi
həyat üzərində də müsbət təsirlərə malikdir.
Avokado
İstər cazibədar armud şəkli olsun, istər bir meyvə olaraq zəngin dadı
avokadonun afrodizyak kimi məşhur edib. Mütəxəssislərin fikrincə, bu
meyvənin tərkibində bol miqdarda E vitamini var. Bu isə romantik
duyğular və güclü hisslər yaradır. E vitamin yüksək enerji səviyyəsinin
qorunmasında da faydalıdır.
Balıq qulağı
Afrodizyak təsirli qidalardan olan balıq qulağının tərkibində sink
yüksəkdir. Romantik anlar, güclü hisslər və məhsuldarlıq üçün müsbət
təsirlərə malikdir. Araşdırmaların nəticələrinə görə, balıq qulağının
tərkibində olan bəzi amin turşuları cinsiyyət hormonlarının istehsalını
artırır.
Banan
Bananın afrodizyak təsirli qidalardan biri olması məlumdur. Lakin qida
tərkibi də elmi olaraq bu təsirini gücləndirir və sübut edir. Bananın
tərkibində bromelain adlı ferment var. Bu ferment testosteron
istehsalını artırır. Banandakı bol kalium və B vitamini isə enerji
səviyyəsini yüksəldir.
Əncir
Əncirin tərkibində olan yüksək miqdarda antioksidantlar və kalium cinsi istəyi və enerji səviyyəsini artırmaq üçün faydalıdır.
Şokolad
Şokolad dadından qoxusuna qədər onsuz da hissləri oyadan qidadır. Lakin
bununla yanaşı, qara şokolad dopamin səviyyəsini yüksəldir. Bu maddənin
ifrazı zövq və həzz hisslərini artırır.
Qəhvə
Qəhvənin tərkibindəki kafein ürək döyüntüsünü artırır və qan dövranını
sürətləndirir. Bu səbəbdən də qədərində yeyildikdə insanın
ehtiraslanmasını təmin edir. Dişi siçanlar üzərində aparılan
araşdırmalardan biri sübut edib ki, kafein dişilərə daha çox cinsi güc
verir.
Bal
Balın tərkibində zəngin bor maddəsi var. Bor estrogen və testosteron
səviyyələrini yüksəldir. Eyni zamanda təbii enerji artırıcıdır.
Acı bibər
Bu canlandırıcı ədviyyatın ekzotik populyarlığı və canlı qırmızı rəngi
var. Ona görə də həm afrodizyak kimi tanınır, həm də eşq simvolu kimi.
Ancaq bu inancları elmi araşdırmalar da dəstəkləyib. Acı bibər beynin
özünü yaxşı hiss etmə kimyəviləri olan endorfin istehsalını artırır.
Eyni zamanda, ürəyin döyünmə sürətini artırır və tərlədir. Bunların
hamısı insanı cinsi xəbərdaredici reaksiyalar verməsinə səbəb olur.
Qarpız
Aparılan elmi araşdırmalara görə, likopen anbarı olan qarpızın bədən
üzərində "Viagra" kimi təsiri var. Bunun səbəbi qan damarlarının
rahatlanması və qan dövranını daha yaxşı hala gətirməsidir. Tərkibindəki
bol miqdarda şəkər də insanın enerji səviyyəsini yüksəldir. Həmçinin,
su tərkibi yüksək olduğu üçün susuzluqdan yorulan insanların da bu
problemini həll edir