Çingiz Abdullayev yenə jurnalistləri təhqir etdi: “Axmaq-axmaq suallar verməyin…”
Bu gün növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri
seçilən Anar Rzayev və xalq yazıçısı Çingiz Abdullayevin jurnalistləri
təhqir etdiyi bildirilir.
Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Anar sözlərinin bu cür qəbul edilməsinə qarşı çıxıb.
"Mən heç bir jurnalisti ilan adlandırmamışam. Belə bir şey olmayıb", - Anar deyib.
Çingiz Abdullayev isə onun jurnalistləri deyil, jurnalistlərin onu təhqir etdiyini bildirib: "Əksinə, jurnalistlər məni təhqir edib. Qurultay artıq bitmişdi.
Başladılar sual verməyə. Mən də onlara dedim ki, axmaq-axmaq suallar
verməyin", - Abdullayev bildirib.
Qeyd edək ki, Çingiz Abdullayev qurultaya 203 min pul xərclənməsi haqda
sual verən jurnalistə "sən utanıb ölmürsən" deyib. Anar isə “medianın
zəhərini uda-uda” sözlərini işlədib.