elza
“Çingiz Abdullayev 19-20 vəzifəni birdən icra edir, pulunu yığıb-yığışdıra bilmir” - Elza
“O vaxt Konservatoriyada 2-ci kursda oxuyanda “Yuğ” teatrına gedirdim, bir gün Anar müəllim dedi ki, birinci gün Yazıçılar İttifaqına gələrsən. Getdim, mənə böyük, nəfis bir albom bağışladı...”
Bu sözləri Yenisabah.az-a Əməkdar artist Elza Seyidcahan yazıçı Anarla bağlı xatirələrini bölüşərkən deyib. Sənətçi vaxtilə Anarın onun yaradıcılığına yüksək dəyər verdiyini bildirib:
“Bəstəkarlığımdan xəbərdar idi. Albom Nigar Rəfibəyli və Rəsul Rza haqda idi. Anar müəllim dedi ki, atamın “Rənglər”n silsiləsi var, Azərbaycanda bunu müzikla çevirə biləcək bir bəstəkar tanımıram. Düşündüm ki, bunu siz yazarsınız. Yəni Anar müəllim ta o vaxtdan gənc istedadları görüb və onlara öz tövsiyələrini verərək həvəsləndirib. Biz Bəstəkarlar İttifaqı və Yazıçılar Birliyi olaraq  xaricdə birgə tədbirlərdə iştirak etmişik. Bu uzun yollarda Anar müəllimin necə gözəl yol yoldaşı olduğunu da görmüşəm. Anar müəllim o vaxt mənə demişdi ki, sən bu şeirləri, qəzəlləri hardan tapırsan? Çox qəribədir ki, mən də bu qəzəlləri sevirəm. Bu söhbət mənim üçün o vaxt ən gözəl tərif idi. Mənim zövqümü Xalq yazıçısı bəyənmişdi. Əgər Rəsul Rzanın oğlu mənə bunu deyirsə, öz zövqümü alqışlamalıyam. Bu gün ola bilər Elza Seyidcahan yaradıcılığını kimsə lağa qoysun, amma məni Xalq şairləri dəyərləndirib”. 
Əməkdar artist Çingiz Abdullayevin adı ətrafında gedən qalmaqala da münasibət bildirib: “Biz bu gün Anar, Çingiz Abdullayev, Seyran Səxavət, Aqil Abbas kimi yazıçılarımızı qorumalıyıq, onlara hörmət etməliyib. Məsəl var, Allahsız yerdə otur, amma böyüksüz yerdə oturma. Əgər sən böyüyünü tanımırsansa, Allahını necə tanıya bilərsən? Bu gün ana-atasına salam verməyən insanlar Allahdan danışırlar. Bilmirlər valideynləri nə yeyib-içir amma insanlara dərs keçirlər. Çingiz Abdullayevin əsərləri bütün dünyaya səs salıb. Onu tənqid etmək olmaz! Onu tənqid edənlər özləri ailələri üçün bir şey ediblərmi? Çingiz Abdullayev “Ölüb yerə girmirsənmi?” ifadəsini Bakı ləhçəsi ilə, loru dildə deyib. O,19-20 vəzifəni birdən icra edir, pulunu yığıb-yığışdıra bilmir, elə hərəkət edərmi?! Onun belə artıq, səviyyəsiz söz-söhbətlərə ehtiyacı yoxdur. Qarabağ Müharibəsi zamanı Çingiz müəllimin çıxışına baxıb ağlamışdım, onunla fəxr etmişdim.
Anar müəllim son müsahibəsində dedi ki, mən 5 illik burdayam, arzu edirəm bu onun son 5 illiyi olmasın”. 
31.10.2022 17:59
show 529