"Cinəm, otağında yaşayıram" mesajı gəldi, qadın şəhəri tərk etdi - Film kimi hadisə...
Türkiyənin Ordu şəhərinin Gölköy rayonunda yaşayan 26 yaşlı özəl
təhlükəsizlik işçisi Ayşegül A-nın iyunun 1-i axşam saatlarında Ezgi
təxəllüsü ilə istifadə etdiyi sosial media hesabına mesaj gəlib.Qarşısındakı
şəxs İbrahim S. olsa da, o da Ercan təxəllüsündən istifadə edib.
İbrahim S. gənc qadına onunla görüşmək istədiyini bildirib və mobil
telefon nömrəsini göndərib. Hesabına göndərilən mesajdan təəccüblənən
Ayşegül A. "Kiminlə, mənimlə görüşəcəksən? İnsən, cinsən?" deyə soruşub.
“EVİMDƏ QALDIĞINI DEDİ, ŞOK OLDUM, EVİMƏ GİRƏ BİLMİRİM”Görüşmək
istədiyi qadının maraqlı sualları üzərinə zarafatla yaxınlaşan İbrahim
S. "Bəli, cinəm, sənin otağında yaşayıram" deyib. Aldığı mesajı real
qəbul edən qadın həyatının şokunu yaşayıb. O, polisə getdiyini bildirib.
Zarafatına davam edən qarşı tərəf “polisə desən, onlar da məni görə
bilməyəcəklər” deyə cavab verib.Mesajdan sonra
psixologiyasının alt-üst olduğunu və Ordudan İstanbula gəldiyini ifadə
edən Ayşegül A, "şok olmuşdum, bir ay əvvəl evimdə cadu tapdım. Evimə
girə bilmirdim. Qorxudan ürəyim ağzıma gəlmişdi, həm şəhəri, həm də
evimi tərk etməli oldum”.
"ÇOX QORXURAM"Yaşadığı
hadisəyə görə son dərəcə qorxduğunu deyən Ayşegül A, prokurorluğa
gedərək, "Belə şeylərdən çox qorxduğum üçün daha əvvəl həkimə getmişdim,
müayinə olundum. İbrahim S.-i sosial şəbəkələrdə psixoloji baxımdan
narahatedici sözlər işlətdiyi üçün şikayət etmək istəyirəm”.
"BU CAVABI ZARAFAT MƏQSƏDİ İLƏ VERMİŞDİM"Digər
tərəfdən, İbrahim S. sosial şəbəkədə qadınlara laqeyd şəkildə yazdığını
ifadə edərək, "O məndən "insən, cinsən?" deyə soruşanda mən də
zarafatla o cavabı verdim. Qorxduğunu bilsəydim yazmazdım. Sonradan üzr
də istədim və məni canlı görüb inanması üçün görüşməyi təklif etdim amma
o, vəsvəsəyə düşdü və qəbul etmədi".
PROKURORLUQDA MƏSƏLƏ İLƏ BAĞLI ARAŞTIRMA BAŞLADILIB
Maraqlı
hadisə ilə bağlı İstanbul Anadolu Baş Prokurorluğu “rahatlığın
pozulması” maddəsi ilə istintaqa başlayıb. Hadisənin gənc qadının Orduda
olarkən baş verdiyini ifadə edən prokurorluq istintaq sənədlərini
Gölköy Respublika Prokurorluğuna göndərib.
(referans.az)