photo_52092080
Çində qəzaya uğrayan sərnişinlərin cəsədləri tapılmır

Xilasedicilər hələlik Çinin cənubunda qəzaya uğrayan “Boeing-737” təyyarəsinin sərnişinlərinin və ekipaj üzvlərinin cəsədlərini tapmayıb.

Çin Mərkəzi Televiziyası bu barədə xilasedicilərə istinadən xəbər yayıb:

“Xilasedicilərin məlumatına görə qəzaya uğrayan təyyarənin parçaları hadisə yerində tapılıb, lakin itkin düşənlər hələ tapılmayıb”.

Axtarış-xilasetmə işləri davam edir. Qeyd olunur ki, dağlıq ərazi axtarış işlərinin aparılmasında böyük çətinliklər yaradır.

“Global Times” yazır ki, qəza yerində yanmış şəxsiyyət vəsiqələri, pulqabı və sərnişinlərin digər əşyaları tapılıb.

Xatırladaq ki, bazar ertəsi “China Eastern Airlines” aviaşirkətinə məxsus “Boeing-737” sərnişin təyyarəsi Çinin Uçjou dairəsinin Ten rayonunda qəzaya uğrayıb və meşə yanğınına səbəb olub. Təyyarənin göyərtəsində 123 sərnişin və doqquz ekipaj üzvü olmaqla, ümumilikdə 132 nəfər olub.

22.03.2022 11:10
144