64ae2c6601f5f202307233030
Novxanı çimərliyində arvadını oğlanla birgə gördü, qan düşdü - TƏFƏRRÜAT

Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Qlobal.net APA-ya istinadən bildirir ki, hadisə Novxanıda dəniz sahilində qeydə alınıb.

Belə ki, 1993-cü il Ramilə Abdulrəhimova çimərlikdə ailə-məişət zəmnində mübahisə zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Çimərlikdə qadının bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.  Ramilə Abdulrəhimova oğlan tanışı ilə birgə dənizdə olarkən əri onları görüb.

O, əvvəl oğlanı, sonra isə arvadını bıçaqlayıb.

12.07.2023 08:33
show 1359