Çinli istehsalçı Chery yeni təqdim etdiyi Jetour Zongheng markası ilə istehsal edəcəyi lüks avtomobillərini tanıdıb.
Qlobal.net bildirir ki, bu avtomobillər şarj edilə bilən hibrid (PHEV) və ya məsafə artırıcı (EREV) sistemlərlə təchiz olunacaq və 1572 at gücünə qədər maksimum güc təklif edəcək.
Markanın tanıtımı G700 adlı bir SUV modelinin təqdimatından sonra həyata keçirildi. Bu model ilin üçüncü rübündə Çində satışa çıxarılacaq. Sonra isə F700 adlı bir pikap və 1572 at gücünə sahib G900 SUV modelinin təqdim olunacağı açıqlanıb.
Jetour Zongheng markası ilə satışa çıxarılacaq modellər iki fərqli güc ötürmə sisteminə sahib olacaq. CDM-O adı verilən şarj edilə bilən hibrid sistemə malik avtomobillərdə, 45.5% istilik səmərəliliyinə sahib 208 at gücündə 2 litrlik turbo benzinli mühərrik istifadə ediləcək. Benzinli və elektrikli mühərrikin koordinasiyalı işləməsini təmin edən DHT hibrid sistemi ilə güc 282 at gücünə çatacaq və arxa oxda 300 kW (402 at gücü) güc verən əlavə bir elektrik mühərriki olacaq. G700 və F700 modelləri bu sistemi istifadə edəcək.
G900: EREV Versiyası ilə 1572 At Gücü
G900 SUV isə CEM-O adı verilən EREV (məsafə artırıcı) versiyasını istifadə edəcək. Bu sistemdə 208 at gücündə 2 litrlik benzinli mühərrik, batareyanı şarj etmək üçün generator olaraq işləyəcək. Hərəkət sistemində isə hər bir təkərə müstəqil olaraq güc verən dörd elektrik mühərriki olacaq. Bu mühərriklər cəmi 1200 kW (1572 at gücü) güc istehsal edəcək.
Hər iki sistemin 800V elektrik memarlığına sahib olması sayəsində, CATL tərəfindən istehsal ediləcək qatlı Qilin batareyaları, 4C və 6C şarj dəstəyinə sahib olacaq. Bu, batareyanın tutumunun dörd və altı qatında bir axınla şarj oluna bilməsi deməkdir. Batareyanın tutumu hələ açıqlanmasa da, %20-80 arasında şarjın 6 ilə 10 dəqiqə arasında həyata keçiriləcəyi bildirilir.
G900: Suda üzə Bilən SUV
Jetour Zongheng G700 "body-on-frame" gövdə quruluşuna və 5.1 metr uzunluğa sahibdir. Köşəli dizaynı və tam ölçülü əlavə təkərin inteqrasiya olunduğu arxa hissəsi ilə tam bir arazi avtomobili kimi görünür. Avtomobilin yerə yaxınlığı isə hava süspansiyonu sayəsində 150 - 350 mm arasında dəyişir. İçərisində 2+2+2 oturma düzəni olan SUV modelində Huawei-nin sürüş assistent texnologiyaları istifadə olunur.
G900 1572 at gücün ilə bərabər 40 dəqiqə suda üzə bilmək kimi maraqlı bir xüsusiyyətə də sahibdir. Bu model IPX8 suya davamlılıq sinfi və Chery tərəfindən inkişaf etdirilən, üzmə funksiyasına sahib mühərriklər sayəsində 8.5 km/s sürətlə suda üzə bilir. Digər tərəfdən, G700-ün aksinə, F700 və G900 modelləri hələ konsept mərhələsindədir
Murad
Qlobal.net