67220d8bc909d202410244219
"Ceyhunun idarə rəislərimizi və əməkdaşlarımızı quldur adlandırmasını bilməmişəm" - Zaur Mikayılov
Xəbər verdiyimiz kimi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun aramsız yağan yağışlar nəticəsində su basan ərazilər barədə açıqlaması böyük səs-küyə səbəb olmuşdu. Ceyhun Musaoğlu yaranmış vəziyyətlə bağlı təmsil etdiyi qurumun rəis və müavinlərini, həmçinin əməkdaşlarını quldur adlandırmış, onlara cinayət işi açılmasının lazım olduğunu bildirmişdi.
Qlobal.net xəbər verir ki, manset.az məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovla əlaqə saxlayıb. O, açıqlamasında Ceyhun Musaoğlunun qurumun əməkdaşlarını quldur adlandırmasına belə münasibət bildirib: "Mən hazırda iclasdayam. O qədər geniş danışa bilmirəm. Ceyhunun idarə rəislərimizi və əməkdaşlarımızı quldur adlandırmasını bilməmişəm. Siz dediniz bildim".
Qeyd edək ki, bu məsələ günlərdir sosial şəbəkələrdə, media resurslarında geniş yayılıb. Ceyhun Musaoğlunun jurnalistlərlə kobud davranışı, iş prinsiplərini bilməməsi, canlı efir zamanı qurum rəsmisinin təkəbbürlü davranışı müzakirələrə səbəb olub və sərt tənqid olunub.
30.10.2024 14:40
show 141