Ceyhun Əsgərovun vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi
Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun səhhəti yenidən pisləşib.
O, bir neçə gün əvvəl müalicə müəssisəsinə köçürülüb. Həkimlərin
bildirdiyinə görə, C. Əsgərov ən azı 20 gün xəstəxanada qalmalıdır.
Xatırladaq ki, o, ötən ilin avqustunda da xəstəxanaya yerləşdirilmişdi.
Ceyhun Əsgərov jurnalistlik fəaliyyətinə ANS-də başlayıb və xeyli
müddət bu kanalda çalışıb. Daha sonra aznews.az saytında baş redaktor,
Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat katibi işləyib. (Bakupost.az)