Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Yüksək Texnologiyları Parkına (YTP) yeni Baş direktor təyin edilib.
Qlobal.net "BusinessTime"a istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Nihat Məcidov təyin edilib.
N.Məcidov bu təyinata qədər "Sabah.Hub"da və bir sıra beynəlxalq təşkilatlarda çalışıb.
ADA Universitetini iqtisadiyyat ixtisası üzrə fərqlənmə ilə bitirən N.Məcidov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun kürəkənidir.
Xatırladaq ki, E.Əmrullayevin əmri ilə YTP-nin sabiq Baş direktoru Vasif Abbasov vəzifəsindən azad edilmişdi. (News24.az )