Çətinliyə düşəndə oxunan dua

Çətinliyə düşəndə oxunan dua

Həyatda hər kəs zaman-zaman sınaqlarla, gözlənilməz çətinliklərlə üzləşir.

Qlobal.net bildirir ki, belə anlarda insan gücünü toplamaq və bu vəziyyətin öhdəsindən gəlmək üçün həm mənəvi dəstəyə, həm də ruhani sakitliyə ehtiyac duyur. Dua, bu ehtiyacı qarşılayan ən təsirli vasitələrdən biridir. Allah Təala, Ona səmimi qəlblə müraciət edən və yardım istəyən qullarını heç vaxt yalnız buraxmaz. Çətinlik anlarında edilən dualar, həm insana güc və inam verir, həm də çıxış yolları tapmaq üçün Allahın lütf və mərhəmətini cəlb edir. Çətin anlarınızda ruhunuza təsəlli verəcək duanı təqdim edirik:

Ərəbcə: "Allahummə səlli əla Məhəmmədin və Alih vərzuqni ət-təhəffuzə minəl-xataya vəl-ehtirasə minəz-zələli fid-dunya vəl-axirəti fi halir-rıza vəl-ğəzəbi hətta əkunə bima yuridu aləyyə minhuma bimənzilətin səva, amilən bitaətikə, muəssiran lisızakə əla ma sivahuma fil-əvliya vəl-əda, hətta yəmənə aduvvi min zulmi və cavri və yəyəsə valiyyi min məyli və inhitati həvayə vəcəlni mimmən yədukə muxlisən fir-rəxai duaəl-muxlisinəl-muztarrinə ləkə fid-dua, innəkə həmidun məcid"

 Tərcüməsi: "İlahi! Məhəmməd və onun ailəsinə salam yetir və məni dünya və axirətdə uğursuzluğa düçar olmaqdan qoru, qəzəbli və razı qaldığım halda günahlardan çəkinməyə kömək ol! Hər iki bu halımda istəklərim eyni olsun; sənin itaətinə məşğul olum, sənin razılığını dost və düşmənlərin razılığından üstün tutum ki, düşmənim ona qarşı zülm edəcəyimi, dostum da nəfsimə tabe olaraq onun razılığını Sənin razılığından üstün tutacağımı düşünməsin . Məni rahatlıq halında Səni çarəsizlər kimi çağıranlardan qərar ver ki, həqiqətən də Sən, hər cür şükrə, tərifə layiqsən".


Fatimə
Qlobal.net

25.12.2024 06:28
show 31