kamran
Kamran Həsənlidən yazıçılara SƏRT SİLLƏ: "Siz Faiq Ağayevsiz?" - VİDEO

"Bu millət çürüyür e...Siz yazıçılar, orada nə işlə məşğulsunuz? Siz necə ziyalısınız? Ramiz Rövşən, sizə böyük ümidimiz var. Amma mən görürəm ki bu ümidlərin hamısı puçdur. Siz Anarın yaşından danışırsınız, biz onun yaşından danışmırıq ki...O, yazdığı əsərlərin çəkisinə görə orada oturmalıdır. O zaman sizə sual verək, siz Anarın son 30 ildə hansı əsərini oxumusunuz? Hansı əsəri yazıb bu son 30 ildə?!"

Qlobal.net musavat.com-a istinadən bildirir ki, bu fikirləri "Kamranla 1" verilişində aparıcı Kamran Həsənli səsləndirib.

K.Həsənli ötən gün AYB-nin qurultayında baş verənlərdən danışıb, bir çox tənqidi fikirlər səsləndirib.

28.10.2022 09:34
show 461