Aparıcı Lalə Azərtaş çəkiliş zamanı hücuma məruz qalıb.
Qlobal.net xəbər verir ki, Lalə Azərtaş çəkiliş komandası ilə birgə erkən yaşda ailəsi tərəfindən istəmədən nişanlandırılan qızın evinə gedib. Burada çəkiliş qrupunu azyaşlının babası qarşılayıb. O, çəkiliş qrupunun gəliş məqsədini öyrəndikdə əvvəlcə çəkiliş etməmələrini bildirib, daha sonra isə şəxsi avtomobilindən çəkic götürərək operatora və Lalə Azərtaşa hücum etmək istəyib.