67a58edb9812c202502254059

Cazibədar aktrisa "Şakir Paşa Ailəsi"nə qoşulur

Yasak Elma serialındakı “Yıldız” rolu ilə tanınan Eda Ece ana olduqdan sonra çəkilişlərə fasilə vermişdi. Məşhur aktrisa indi “Şakir Paşa Ailesi” serialına qoşulub.
Qlobal.net bildirir  ki, “Pis Yedili”, “Beni Böyle Sev”, “İlişki Durumu: Karışık” və “Yasak Elma” kimi məşhur seriallarda rol alan Eda Ece uğurlu aktyorluğu və səmimi davranışları ilə tamaşaçıların sevimlisinə çevrilib. 2023-cü ildə basketbolçu Buğrahan Tuncer ilə ailə quran aktrisa ötən il qızı Mina İpeyi qucağına alaraq setlərə fasilə vermişdi.
İndi isə Eda Ece yenidən ekranlara qayıdır! Aktrisa, fenomen serial "Şakir Paşa Ailəsi"ndə məşhur rəssam Fahrünnisa Zeydin yetkinlik dövrünü canlandıracaq. Yeni rolu üçün ciddi hazırlıqlara başlayan Ece artıq rəsm dərslərinə start verib. O, sosial media hesabından “İlk rəsm dərsim” paylaşımı edərək izləyiciləri ilə bu sevincini bölüşüb. Aktrisanın paylaşımı qısa zamanda böyük maraq görüb və “Həyəcanla gözləyirik”, “Çox gözəl olacaq”, “Səni ekranda görməyi çox istəyirik” kimi çoxsaylı şərhlər alıb.

Səbinə
Qlobal.net
07.02.2025 08:41
show 190