Cəmiyyət

Çayxanada gözlədiyi dostunu gəlib evində arvadı ilə tutdu – “Qaranlıqda…”

“Mən telefonda oyun oynaya-oynaya evimə çatdım. Həyətə girəndə dəmirdən olan giriş qapısının bağlı olduğunu görüb qapını döyməyə başladım. Bir neçə saniyə sonra arvadım Sevda qapını açdı. Sevda qapını açanadək mən çöl tərəfdə gözləyərkən evin içərisindən ayaq səslərinə oxşar səs gəldiyini eşitdim. Sevda qapını açıb məni sakit tərzdə qarşıladı. Mən də arvadımla hal-əhval tutaraq içəri keçdim. Ondan evdən ayaq səsləri gəldiyini, həmin səslərin nə olduğunu soruşdum. Arvadım mənə evin yataq otağının yanında təmirsiz otağa qonşudan pişik girə biləcəyini dedi. Qeyd edim ki, maddi imkanım zəif olduğundan 2 otaqdan ibarət evin ancaq yataq otağını təmir edə bilmişəm. Tavanı və qapısı olmadığı üçün qapı yerinə pərdə asılıb. Arvadım pişik ehtimalını dedikdə təmirsiz otağa daxil oldum. İşıq olmadığı üçün telefonumun fənəriylə həmin otaqda pişiyi axtarmağa başladım. Bir nəfəri üzü divara əlləri ilə başını tutmuş vəziyyətdə gördüm. Onun kurtkasının qolundan tutaraq evin dəhlizinə çıxardım. İşıqda Rahibi tanıdım”.
Bunları çayxanada gözlədiyi dostunu gəlib evində arvadı ilə tutan şəxs deyib.

Ətraflı videoda:

Related Articles

Leave a Reply

Back to top button