Çaytikanı yağının7 FAYDASI
Zahiri görkəmi ilə murdarçanı xatırladan çaytikanı əsasən çaylaq
yerlərdə, çay və göl kənarlarında bitir, meyvələri ananas dadı verir.
Quşlar onun meyvələrini xüsusilə çox sevirlər. At və qoyunlar çaytikanı
yarpağı yeyəndə onların tükü və yunu parlaq olur. Meyvələrindən jele,
kisel, kompot, şirə və mürəbbə hazırlanır.
Qlobal.net azərtac-a
istinadən xəbər verir ki, işıqsevən və soyuğadavamlı bitki olan
çaytikanının 45 dərəcə və hətta ondan da aşağı şaxtaya davamlılığı onun
şimal regionlarında yetişməsinə imkan verir. Bol orqanik maddələr və
fosfor olan yumşaq torpaqlarda daha yaxşı yetişir. Bitkinin meyvə və
yağının şəfaverici xüsusiyyəti aşkar olunandan sonra plantasiyalarda da
yetişdirilməyə başlanılıb.
Tərkibindəki
bioloji aktiv maddələr dəri yanıqları zamanı regenerasiya prosesini
sürətləndirir. Çaytikanı yağının tərkibindəki sterin maddəsi yaranın
sağalmasını sürətləndirir. Çaytikanı yağı antibakterial təsirə malik
olduğuna görə onun preparatları qızılı stafilokok, eşerixiya,
protozoyların və hemolitik streptokokların inkişafına mane olur.
Tərkibindəki tokoferol maddəsi sayəsində qaraciyərin lipid–maddələr
mübadiləsinə təsir edir, lipidlərin hüceyrə membranında
oksidləşmə-reduksiya proseslərinə təsir edərək bioloji membranı kimyəvi
amillərin təsirindən qoruyur.
Çaytikanı
yağının istifadəsi yanıqda, trofik yara və ölü dəri epitelizasiyasına
yardım edir, yataq yarası, irinli yaraları tez sağaldır. Ginekologiyada
uşaqlıq boynunun eroziyası, digər iltihabi xəstəliklər zamanı tətbiq
edilir. Göz yanıqlarında terapevtik effektivliyə malikdir. Regenerativ
tərkibinə görə oftalmologiyada gözün buynuz qişanın infiltirat
dərəcəsini aşağı salmaq üçün çaytikanı yağından istifadə edilir.
Çaytikanı yağı mədənin və onikibarmaq bağırsağın xorasının müalicəsində
yüksək səmərə verir və mədə turşusunun tərkibi dəyişmir.
Lakin
kəskin xolesistit, hepatit, pankreatit və digər mədəaltı vəzi
xəstəliklərində, ishala meyillilik zamanı ondan istifadə etmək olmaz.
Qastritdə mədə şirəsinin sekresiyasını artırdığına görə çaytikanı
yağından istifadə etmək əks göstərişdir.
Yaxşı
yetişmiş meyvələr suyun içinə qoyularaq zəif ocaqda 20 dəqiqə
bişirilir, əzilir, süzgəcdən keçirilir, öz çəkisi qədər şəkər tozu əlavə
edilir, ağzı bağlı qabda saxlanır, yorğunluq və ümumi halsızlıq zaman
jele şəklində qəbul edilir. Çaytikanı yağı kamfora yağı ilə
qarışdırılandan sonra sinə və kürək nahiyəsi ovulur.
Yarım
stəkan çaytikanı yağı 2 xörək qaşığı kamfora yağı ilə qarışdırılıb
axşamlar içilməsi çətin sağalan və hətta ağır xəstəlikdən sonra qalan
öskürək zamanı tətbiq edilir.
500
qr süd və 4-5 xörək qaşığı çaytikanı ləti mikserlə qarışdırılır, şəkər
tozu qatılır, iri qədəhlərdə süfrəyə verilir. 3 stəkan çaytikanı ləti,
50 qram bal, yarım stəkan nanə dəmləməsi və 1 stəkan su qarışdırılaraq
soyuducuda 2 saat saxlanandan sonra süfrəyə verilir.