65833e0ec7f2d202312231838
Çayı gecikən ər arvadının başını kəsdi - DƏHŞƏT (FOTOLAR)

Qəzəbli ər səhər çayının 'gecikməsinə' görə arvadının başını kəsib.

Hadisə Hindistanda səhər saatlarında baş verib .

Sundari səhər saat 6-da oyanıb və hər gün olduğu kimi yemək hazırlamağa başlayıb.

Ər Dharamveer isə bir neçə dəqiqədən sonra oyanıb. Cütlüyün dörd uşağı başqa otaqda yatırmış.

Arvadı çayın hazır olması üçün daha 10 dəqiqə vaxt çəkəcəyini deyəndə ər əsəbiləşib və  mübahisə başladıb.

52 yaşlı ər arvadı Sundariyə 15 bıçaq zərbəsi vurub. Daha sonra yerə yıxılan arvadının qılıncla başını kəsib.

Qonşular Sundarini qan gölündə ölü vəziyyətdə tapıblar. (milli.az)

21.12.2023 07:45
show 2248