67adb5433a23a202502250259

Cavidan Xalq artistinə cavab verdi: Kiminsə ailəsinə dil uzadan, söyüşlə danışan...

Xəbər verdiyimiz kimi, Xalq artisti Əli Nur aktyor Cavid Novruz haqda qalmaqallı fikirlər səsləndirərək, onun Akademik Milli Dram Teatrından uzaqlaşdırılması üçün Mədəniyyət Nazirliyinə müraciət edəcəyini bildirib. 

Xalq artistinin bu açıqlamasına qarşı tərəfdən cavab gecikməyib.

Qlobal.net mərhum Xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavid Novruzun məsələ ilə bağlı İnstaqram hesabındakı paylaşımını təqdim edir:

“Həmişə qışqıran, rahatlıqla kiminsə ailəsinə dil uzadan, rahatlıqla söyüşlə danışan adamların günahı olur, buna inanın ki, bu belədir! Belə insanlar hər zaman yalan danışır, həmişə bağira-bağira danışan, çox tez-tez bir şeyi söyüşlə, qışqırtı ilə izah edən adamlar yalançı olur!

Mən susacam, nə deyilsə belə susacam və heç kimə mediada qarşılıq cavab verməyəcəm, gərəksə təklikdə cavab vermək lazımsa, cavab verəcəm!”

13.02.2025 12:57
show 922