6434ff8637e79202304233446
Cavid Qurbanov bu vəzifəsindən gedir - Yerinə general gəlir

Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir. 

Qlobal.net xəbər verir ki, Qol.az-ın əldə etdiyi xəbərə görə, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək. 2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olacaq. 

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federarasiyanın prezidenti seçilib.

11.04.2023 10:40
413