Cavanşir Məmmədovun qızından ŞOK: Türkiyəli ərini tutdurdu
Cavanşir
Məmmədovun qızı Xatirə Məmmədovanın həyat yoldaşı, Türkiyə vətəndaşı
İbili Mustafa Kəmal oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək X.
Məmmədovanın dələduzluq yolu ilə onun pullarını ələ keçirdiyini iddia
edib.
Qlobal.net-inəlumatına görə, “Yeni Sabah”a daxil olan müraciətdə Mustafa İbili
bildirir ki, Xatirə Məmmədova ilə 2018-ci ilin oktyabrın 10-da internet
üzərindən tanış olub və evlənmə qərarı alıblar.Bu
məqsədlə o, Türkiyədəki evini və iş ofisini sataraq 10.000 dollar
üzərində, 45.000 dollar da bank hesabında saxlayaraq Bakıya gəlib. Onun
sözlərinə görə, Bakıya gəldikdən sonra X. Məmmədova onu anası və qızı
ilə tanış edib və bu zaman anası ona “əgər qızımla evlənmək istəyirsənsə
Bakıda ev al, sonra qızı istə, toyunu edək”,- deyə bildirib.Mustafa
İbili bildirir ki, bundan sonra Yasamal rayonu ərazisindən ilkin
ödənişi 20.000 manat, aylıq ödənişi 3.116 manat olmaqla mənzil alıb. O
qeyd edir ki, Xatirə Məmmədovanın göstərişi ilə aldığı mənzilə 58.880
manat pul xərcləyib. O, əlavə olaraq Xatirə Məmmədova üçün aldığı
qızılların və mobil telefonunun qiymətinin 12.000 dollara başa gəldiyini
deyib və bildirib ki, 4 il ərzində Xatirə üçün aldığı paltarlara,
çantalara, ayaqqabılara və bəzək əşyalarına 10.000 manatdan çox pul
xərcləyib.O qeyd edib ki, aldığı televizor, qızıl, ev iti və ütü ilə birlikdə Rəfiqə Qafarovaya da 7.150 manat pul xərcləyib.X.
Məmmədovaya hər ay xərcləməsi üçün 1.000 manat pul verdiyini deyən
Mustafa İbili bildirib ki, o ümumilikdə Məmmədova Xatirə Cavanşir qızına
27.000 manat pul verib.O,
evlənmə məqsədi ilə Bakıda qalarkən kirayə mənzilə hər ay 500 manat pul
ödəyib və ümumilikdə bu məqsədlə 10.000 manat pul xərcləyib.Onun
sözlərinə görə, Xatirə Məmmədovanı, Rəfiqə Qafarovanı, gəlini Nərgiz
Məmmədovanı və anası Xalidə Məmmədovanı 4 dəfə İstanbula aparıb və bu 4
səyahətlərə ümumilikdə 46.000 dollar pul xərcləyib.Qeyd
edib ki, Cavanşir Məmmədovun iddia etdiyi 100.000 dollar və Rəfiqə
Qafarovanın iddia etdiyi 30.000 dollar pulu onlar Mustafaya İbili
verməyiblər. Bütün pulları X. Məmmədovanın öz adından, anasının və
atasının adından onun bank hesabına köçürüblər və köçürülən məbləğin bir
hissəsini aldığı mənzilə və mənzilin əşyalarına xərcləyib. Qalanı
2020-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayına qədər xərclənən
86.000 manat olub və digər qalan pulları sadaladıqlarına xərclənilib. O,
ümumilikdə 240 min manatlıq zərər vurulduğunu bildirir.Mustafa İbili bildirib ki, istintaqda qardaşından 10.000 dollar borc alaraq Cavanşir Məmmədova ödəyib və artıq pulu qalmayıb.O,
müraciətində qeyd etdiyi halların araşdırılmasını və Məmmədova
Xatirənin dələduzluq yolu ilə pullarını xərclətdiyi üçün barəsində
cinayət işi açılmasını, cəzalandırılmasını və xərclədiyi pulların geri
qaytarılmasını istəyib.Qeyd
edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək
Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib
ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar
alıb və geri qaytarmayıb. Daha sonra Mustafa polis əməkdaşları
tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci
(Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə
ittiham irəli sürülüb.