Cavanşir Məmmədov hədələdi: "Demişəm, yaxşı eləmişəm"
"Demişəm, yaxşı
eləmişəm, əcəb eləmişəm, düz demişəm. Ayıb deyil? Mətbuat yazmağa mövzu
tapmır? Mən öz şəxsi həyatımdan danışmışam, bunun jurnalistə nə
aidiyyatı var? Kim mənim efirdəki çıxışımı xəbər edibsə, yayıbsa, böyük
qələt edib, başını daşa döyüb".
Bunu
Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov
telekanalalrın birində səsləndirdiyi "həyatımda başımın tükünün sayı
qədər qadın olub” fikirlərindən danışarkən deyib.
Sənətçi onun televiziya çıxışını mətbuatda yayanları məhkəmə ilə hədələyib: "Bir
az da dərinə getsələr, məhkəməyə verərəm, onları doğulduqlarına peşman
edərəm, həyatı başa salaram. Bu nə deməkdir? Bu nə tərbiyəsizlikdir?
Televiziyaya dəvət ediblər, getmişik, çıxış etmişik. Nə etməliydik ki?
Efirdə ağzımıza su almalı idik? Sual veriblər, cavablandırmışıq.
Verilişdə
bir qadın dedi ki, mən cavanlıqda Cavanşir müəllimi sevirdim, çox
istəyirdim, falan. İndi mən nə bilim, qadın bunu hansı mənada deyib?
Sonra da dedi ki, "mən indi də Cavanşir müəllimi çox istəyirəm”. Elgiz
də mənə sual verdi ki, Cavanşir müəllim siz də cavanlıqda gəzəyən
olmusunuz? Dedim ki, kişi gəzər də, yaxşı eləmişəm gəzəyən olmuşam.
Subay oğlan olmuşam, niyə gəzməyəydim ki? Biz dünyaya niyə gəlmişik?
Yaşamalı deyilik? Gəzməli deyilik? Rahib həyatı yaşamalıyıq?
Verilişdə
də dedim ki, bəli, qadınlarla gəzmişəm, özü də lap başımın tükünün sayı
qədər gəzmişəm. Əslində, mən bu fikiri sarkazmla demişəm. Deyə bilərdim
ki, başımın tükünün sayı qədər ölkə gəzmişəm, çox yerləri görmüşəm.
Özüm belə dedim ki, əyləncəli olsun, veriliş maraqlı alınsın, qulaq
asanlar, desinlər-gülsünlər. Kimə maraqlıdırsa, internetdə verilişin
videosu var, baxa bilərlər”.
Qeyd
edək ki, Əməkdar artist, müğənni Cavanşir Məmmədov televiziya
proqramlarının birində "ailə qurana kimi həyatımda başımın tükünün sayı
qədər qadın olub” fikirləri böyük müzakirəyə səbəb olub. Sənətçini
deyiminə görə qınayanlar da olub.