65097495d40dc202309231445
"Cavanşir Məmmədov, heç yuxunuzda da sizdən üzr istəməyəcəyəm" - VİDEO

Aparıcı Lalə Azərtaş Əməkdar artist Cavanşir Məmmədovun onun haqqında dediklərinə cavab verib.

Qlobal.net axşam.az-a istinadən bildirir ki, aparıcı "Təsir dairəsi" proqramında müğənninin ondan üzr istəməsi məsləsinə toxunub. Azərtaş bildirib ki, C.Məmmədovun istədiyi kimi ondan üzr istəməyəcək:

"Deyəcəklərimi, Cavanşir Məmmədovun yaşına hörmət qoyaraq söyləyəcəyəm. Bizim fərqimiz də buradadır. Bəlkə də ona "bunu belə de" deyirlər, bəzi sözlərin yerini səhv salır. Ona "qanunun şah olduğunu" de deyirlər, o da təkrarlayır. Mən qanunun şah olduğunu elə gözəl bilirəm ki, gecə yuxudan oyatsalar da deyərəm. Xalqdan, dövlətdən, dövlətçilikdən haqqı olan danışsınız. Mənim vətənə olan sadiqliyimdən, aşiqliyimdən heç kim danışa bilməz. Vətəndən, torpaqdan üstün heç nəyin olmadığını kimsə mənə izah edə bilməz. Xalqımın adından deyirsiniz, amma mənə qanundan, hüquqdan, hakimlikdən danışırsınız. Siz də xalqın adından danışa bilməzsiniz. Düşünülməmiş bir cümlə, - deyir ki, Lalə Azərtaş mənə etdiyi təhqiri xalqıma edir. Çox cılız bir cümlədir. Biz xalqa xidmət edirik, yüz ölçüb, bir biçib deyirəm: xalqın, elin gözü tərəzidir. Nə siz, nə mən xalqın gözünü kor edəcək gücdə deyilik. Hər kəs hər şeyi sərras görür.

Demişəm ki, Mustafa, məhkəmə sübut etsə, deyəcəm, dələduzsan, niyə vaxtımı alırdın? Mən "üzr istəmək" haqqında deməmişəm. Ailə daxilində problemləri həll edəndə Lalə Azərtaş orada idi? Nəinki həyatda, heç yuxunuzda da sizdən üzr istəməyəcəyəm. Bu, mövzuya dəyməz".

Aparıcı bəzi sübutları efirdə nümayiş etdirməməsindən söz açıb: "Digər tərəfdən nələr göstərəcəydim, göstərmədim. Abırlı abrına sığınar, abırsız isə deyər ki... Hər kəs özü yaxşı bilir. Əməkdar, Xalq artistlər musiqi ilə məşğul olsalar, daha gözəl görünərlər, bu qədər eybəcər yox". 

Qeyd edək ki, C.Məmmədovla L.Azərtaş arasındakı qalmaqala səbəb ifaçının keçmiş kürəkəni, Türkiyə vətəndaşı Kemal Mustafa İblini verilişinə çıxartması olub. Mustafa aparıcıdan ona şər atıldığını deyərək, yardım istəyib.

Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. 


19.09.2023 14:14
show 383